Ukrayna sərhədçiləri rusların şəxsi məlumatlarını ələ keçirdi

 15:36 02.07.2022     353

Ukrayna sərhədçiləri Çerniqovda Rusiya hərbçiləri haqqında informasiya olan disk aşkarlayıblar.

Redaktor.az xəbər verir ki, məlumatı "UNIAN" yayıb.

Bildirilib ki, diskdə Rusiya Silahlı Qüvvələrinin Moskva vilayətindən olan zenit-artilleriya tağımları barədə yüzlərlə giqabaytlıq informasiya yerləşdirilib.

Diskdə Ukraynadakı Rusiya hərbçilərinin ştat vəzifələrinin siyahısı, silahların texniki sənədləri və hərbi texnikaya dair məlumatlar əks olunub.

Bildirilib ki, bununla da Ukrayna hüquq-mühafizə orqanları ölkəyə yeridilən Rusiya hərbçilərinin xasiyyətnaməsini və pasportlarının surətini əldə ediblər.