İranda "Bəsic" qüvvələrinin mənzil-qərargahı PARTLADILDI

 16:44 02.07.2022     503

İran İnqliab Keşikçiləri Qvardiyasının əsas bazası sayılan yarımhərbi “Bəsic” təşkilatının mənzil-qərargahında partlayış olub.

Redaktor.az xəbər verir ki, məlumatı “Iran International” saytı yayıb.

Məlumata görə, Tehranın cənub-şərqində yerləşən qərargahda azı 2 partlayış olub.

Partlayışın videosu yayılıb. Orada mənzil-qərargahın binasından qalxan alov və tüstü aydın görünür.

Hadisənin məsuliyyətini İran hakimiyyətinə müxalif “Xalq Mücahidləri” təşkilatı öz üzərinə götürüb. İran bu qurumu terrorçu qrup olaraq tanıyır (report.az).

Vumart və Güvən reklamı Vumart Güvən