Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər öldü

 09:10 03.07.2022     707

Rusiyanın Ukrayna ilə sərhədyanı şəhəri olan Belqorodda silsilə partlayışlarda 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Vilayət qubernatoru ərazidə dağıntıların olduğunu bildirsə də, tam olaraq nəyin baş verdiyini izah etməyib. 

 

Vumart və Güvən reklamı Vumart Güvən