Könüllü hərbi xidmətə gedənlərə pul veriləcək

 10:33 03.07.2022     464

Serbiyanın Müdafiə Nazirliyi ölkədəki gəncləri könüllü hərbi xidmətə çağırıb.

Redaktor.az xəbər verir ki, ölkədə 19-30 yaş arası gənclərin 6 ay müddətində könüllü olaraq hərbi xidmətə dəvət edildiyi açıqlanıb.

Bildirilib ki, könüllü hərbi xidmət keçmək istəyənlərə hərbi bölgəyə gediş-gəliş biletləri, xidmət müddəti ərzində tibbi sığortası ödəniləcək, aylıq 323 avro müavinət veriləcək.

Nazirlik həmçinin 6 aylıq könüllü hərbi xidmətini uğurla başa vuranlara Serbiya Ordusunda peşəkar xidmət etmək hüququ veriləcəyini açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən