Rus işğalçılar bu istiqamətdə böyük itkilər verdi

 10:54 03.07.2022     386

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun üç istiqamətdə – Xarkov, Slavyansk və Donetsk istiqamətində hücumun qarşısnı alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu son həmlələr zamanı xeyli itki verib.

Son sutka ərzində Donetsk vilayətində işğalçılar dörd dinc sakini öldürüb, beş nəfəri yaralayıb.

Bu barədə isə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko məlumat verib:

"İyulun 2-də ruslar Donetsk vilayətində 4 dinc sakini qətlə yetiriblər, Orlovka, Novonikolaevka, Krasnoqorovka və Slavyanskda. Dobropolyedə ikisi uşaq olmaqla, daha 5 nəfər yaralanıb".

Kirilenko bir daha vurğulayıb ki, indi Mariupol və Volnovaxada qurbanların dəqiq sayını müəyyən etmək mümkün deyil.

Pavel Kirilenko deyir ki, Donetsk vilayətində vəziyyət ağır olaraq qalır, lakin son sutka ərzində işğalçılar hücum əməliyyatlarında uğur qazana bilməyiblər.

Britaniya kəşfiyyatının son məlumatına görə, Rusiya təlim keçmiş kadr çatışmazlığı səbəbindən “Vaqner”in muzdlu pilotlarından istifadə edir.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən