Xəzər dənzindəki qağayılarda quş qripi tapıldı

 17:21 03.07.2022     410

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Atırau vilayətidə quş qripinə qarşı 6,3 min doza vaksin ayırıb.

Redaktor.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, iyunun sonlarında Xəzərdə DS-04 və DS-01 süni adalarından 78 km uzaqlıqda 1000-dən çox ölmüş qağayı aşkarlanıb.

Laboratoriya analizi zamanı nümunə üçün götürülmüş iki qağayıda quş qripi aşkarlanıb.

Nümunələr yenidən laboratoriya analizi üçün Böyük Britaniyadakı laboratoriyaya göndərilib.

Qazaxıstanda ayrılan 6 291 doza vaksin təhlükəli zonadakı ev quşlarının peyvəndlənməsi üçün istifadə ediləcək.

Ümumilikdə, 2022-ci il ərzində 16 370 180 ev quşuna quş qripinə qarşı vaksin vurulması nəzərdə tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən