Türkiyədə 3 kəndin sakinlərinə küçəyə çıxmaq qadağan edildi

 18:45 03.07.2022     357

Bitlis vilayətinin Tatvan mahalındakı üç kənd və ətraf məhəllələrdə növbəti xəbərdarlığa qədər küçəyə çıxmaq qadağan olunub.

Redaktor.az xəbər verir ki, 5442 saylı Bölgə İdarəetmə Qanununun 11/C maddəsinə uyğun olaraq 3 iyul 2022-ci il bazar günü saat 12:00-dan (Bakı vaxtilə saat 13.00-dan – red.) növbəti xəbərdarlığadək komendant saatı elan edilib. Tədbirdə məqsəd sözügedən bölgələrdə xalqımızın can və mal təhlükəsizliyini təmin etməkdir”, - deyə yerli hakimiyyət qurumlarından yayılan bildirişdə qeyd olunub.

Məlumata görə, Sallıca, Özekli və Təknəcik kəndləri ərazisində PKK terror təşkilatının üzvləri sığınacaqlar qurub. Hazırda ərazidə xüsusi antiterror əməmliyyatları keçirilir.

Vumart və Güvən reklamı Vumart Güvən