Slovakiya Ukraynaya sovet istehsalı olan təyyarələri verəcək

 19:10 03.07.2022     389

Slovakiya Ukraynaya “MiQ-29” qırıcı təyyarələri və sovet tankları verə bilər.

Redaktor.az-ın xəbərinə görə, bunu Slovakiya Baş naziri Eduard Heger çexiyalı həmkarı Peter Fiala ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ancaq Slovakiya Baş naziri Ukrayna tərəfinin xahişi nəzərə alınaraq, bu barədə detallı danışmaq istəməyib.

Slovakiya “MiQ-29” qırıcı təyyarələrinin əvəzinə sifariş verdiyi “F-16” təyyarələrini alana qədər Çexiyadan hava məkanının qorunması üçün kömək istəyib.

Peter Fiala isə Çexiyanın Slovakiyaya hava məkanının qorunmasında kömək edəcəyini söyləyib.

Vumart və Güvən reklamı Vumart Güvən