Danimarkada ticarət mərkəzində atışma - Yaralananlar var – VİDEO

 22:37 03.07.2022     331

Kopenhagendəki (Danimarka) “Fields” ticarət mərkəzində atışma olub.

Redaktor.az xəbər verir ki, yerli polis bir neçə nəfərin yaralandığını bildirir.

Hadisə şahidlərinin sözlərinə görə, azı üç dəfə atəş açılıb.

Hazırda ticarət mərkəzi mühasirəyə alınıb.

Polis insidentlə bağlı əməliyyat tədbirləri həyata keçirir.

Mənbə: gazeta.ru

Vumart və Güvən reklamı Vumart Güvən