İşğalçı rusların Ukraynada son itkilərinin sayı AÇIQLANDI

 10:33 04.07.2022     1465

Rus işğalçıların Ukraynada canlı itkilərinin sayı 36 min nəfəri keçib. 

Redaktor.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yeni xülasəsində deyilir.

Belə ki, fevralın 24-dən bəri ruslar 36,2 min nəfərə yaxın canlı qüvvə itirib ki, bunun da  230-u son sutkaya təsadüf edib.

İşğalçıların digər itkilərini təqdim edirik::

Tanklar - 1589 (+5) ədəd;
zirehli döyüş maşınları - 3754 (+10) ədəd;
Artilleriya sistemləri - 804 (+3) ədəd;
MLRS - 246 ədəd;
Hava hücumundan müdafiə sistemləri - 105 ədəd;
Təyyarə - 217 ədəd;
Helikopterlər - 187 ədəd;
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 658 (+4) ədəd;
Qanadlı raketlər - 144 ədəd.
Gəmilər/qayıqlar - 15 ədəd;
Avtomobil avadanlığı və sisternlər - 2629 (+11) ədəd;
Xüsusi avadanlıq - 65 (+1) ədəd.

"Düşmən ən böyük itkiləri Slavyansk və Donetsk istiqamətlərində verib", - məlumatda bildirilir.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən