İlan adası rəsmən Ukraynaya QAYTARILDI
İlan adası rəsmən Ukraynanın yurisdiksiyasına qaytarılıb.
Redaktor.az "ukrinform"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Media Mərkəzində keçirilən brifinqdə Cənubi Ukrayna Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Nataliya Humenyuk məlumat verib.
"İlan adasında Ukrayna bayrağı qaldırılıb. Hərbi əməliyyat başa çatıb və hazırda ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb", - o deyib.
Natiqin sözlərinə görə, hazırda düşmən quruda irəliləyiş əldə etmir. Buna görə də adi hava və raket zərbələri üsuluna müraciət edilir.

"Qoşunlarımız xüsusi bir şəkildə - yavaş-yavaş irəliləyir. Biz əvvəlcə möhkəmlənirik, sonra elan edirik. Quruda düşmənin uğuru yoxdur. Ona görə də o, hazırda hava və raket zərbələri taktikasından istifadə edir. Bu gün səhər saatlarında Xerson vilayətinin şimalındakı Novovorontsovtsi və bir neçə başqa icmaya raketlər yenidən düşüb”, - Humenyuk bildirib.
O əlavə edib ki, həlak olanlar barədə məlumat yoxdur. Amma mərmilərin səpələnməsi səbəbindən məlumatlar dəqiqləşdirilir.
Turan ASLAN












