Rusiya bu ölkələrin BMT Təhlükəsizlik Şurasına üzvlüyünə razıdır

 16:07 04.07.2022     345

Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin say tərkibinin artırılması barədə danışıqlara hazırdır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın Çindəki səfiri Andrey Denisov Moskvanın BMT TŞ-nin üzvlüyünə Hindistan və Braziliyanın da qəbul edilməsinə hazır olduğunu deyib.

"Rusiya BMT TŞ üzv tərkibinin ümumi konsensusla artırılmasına çağırış edir. BMT TŞ-nin dünyadakI insanların tələblərini daha yaxşı təmsili və daha demokratik struktur ola bilməsi üçün Afrika, Asiya və Latın Amerikası ölkələrinin proporsional iştirakının artırılması lazımdır", - deyə o bildirib.

Sübhan Şərif

Vumart və Güvən reklamı Vumart Güvən