Ukrayna Lisiçanskdan buna görə geri çəkildi
Ukrayna hərbiçilərinin həyatını qorumaq üçün geri çəkilmə əmri verilib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusu Baş Qərargahı rəsmi "facebook" hesabında açıqlama verib.
"Lisiçansk uğrunda gedən ağır döyüşlərdən sonra Ukrayna müdafiəçiləri öz mövqelərindən və müdafiə xəttlərindən geri çəkilmək məcburiyyətində qalıb. Rusiya işğalçı qüvvələrinin artreliya, aviasiya, roket sistemləri, şəxsi heyət və hərbi ləvazimat üstünlüyü səbəbi ilə şəhərin müdafiəsi ağır nəticələrə gətirib çıxara bilərdi. Ukrayna hərbçilərinin həyatını qorumaq çün geri çəkilmək qərarı verildi", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, dünən Rusiya müdafiə naziri Serqey Şoyqu prezident Vladimir Puinə Luqansk vilayətini tam nəzarətə götürmək barədə məruzə edib.
Sübhan Şərif












