Keçmiş dövlət katibi prezident olmaq istəyir
ABŞ-ın keçmiş Dövlət Katibi Maykl Pompeo 2024-cü il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, o, bu haqda Afinada keçirilən “Economist” konfransı zamanı danışıb.
Pompeo suala cavab olaraq konkret qərarın 2023-cü ilin əvvəlində veriləcəyini bildirib.
Qeyd edək ki, Maykl Pompeo 2018-ci ilin aprelindən 2021-ci ilin yanvarına qədər Donald Tramp administrasiyasında dövlət katibi olub.












