Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - 36 500 canlı qüvvə, 1600 tank...
Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 36 500 (+150) canlı qüvvəsi, 1 600 (+6) tankı, 3 789 (+17) zirehli döyüş maşını, 812 (+6) artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 107 (+2) havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 187 helikopteri, 664 (+4) dronu, 153 (+9) qanadlı raketi, 15 gəmi/kateri, 2648 (+14) avtomobil texnikası və yanacaq çəni və 65 xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Slavyan və Donetsk istiqamətlərində verib.
T.İSMAYIL













