Türkiyədə avtobus qəzası - 2 ölü, 18 yaralı var

 11:15 06.07.2022     314

Türkiyədə avtobus qəzası baş verib.

Redaktor.az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, içərisində əkinçiliklə məşğul olan şəxslərin olduğu avtobus Konyada qəzaya düşüb.

Məlumata görə, sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən