Ukrayna müharibəsinə görə 71 milyon insan yoxsulluqla üz-üzə qalıb
Ukrayna mühaibəsi 71 milyon insanı aclıq həddinə sürükləyib.
Redaktor.az-ın "Associated Press"ə istinadla məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının cümə axşamı yaydığı hesabatda deyilir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonrakı həftələrdə artan ərzaq və enerji qiymətləri nəticəsində dünyada 71 milyon insan yoxsulluqla üz-üzə qalıb.
BMT-nin İnkişaf Proqramının hesablamalarına görə, müharibədən sonrakı ilk üç ayda gündə 1,90 dollar və ya daha az pul qazanan 51,6 milyon daha çox insan yoxsulluğa düçar olub. Müharibə bu həddə olan insanların sayını qlobal miqyasda dünya əhalisinin 9%-nə çatdırıb.
Bildirilənlərə görə, problemin əsas səbəbi odur ki, Qərb ölkələri Rusiyaya sanksiya tətbiq etdikdən sonra yanacaq, buğda, şəkər və yağ kimi əsas ərzaq məhsullarının qiyməti yüksəlib. Bununla da, Ukraynanın bağlanmış limanları və aşağı gəlirli ölkələrə taxıl ixrac edə bilməməsi qiymətləri daha da artırıb və on milyonlarla insanı sürətlə yoxsulluğa sürükləyib.
Sübhan Şərif












