Britaniya Ukraynaya dəstək verməyə davam edəcək - Conson bəyan etdi
Britaniya Ukraynaya dəstək verməyə davam edəcək.
Redaktor.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.
“Ukrayna xalqına demək istəyirəm ki, biz sizin azadlıq mübarizənizi ehtiyac olduğu müddətdə dəstəkləməyə davam edəcəyik”, -deyə o, bəyan edib.
Qeyd edək ki, Boris Conson bu gün tutduğu vəzifədən istefa verib. O, yeni baş nazir seçilənə qədər hökumət başçısı vəzifəsini icra edəcək.
T.İSMAYIL












