Avropa Komissiyası Ukraynanı gömrükdə vizasız rejimə dəvət etdi

 23:01 07.07.2022     316

Avropa Komissiyası Ukraynanı gömrükdə vizasız rejimə dəvət edib.

Redaktor.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük Xidməti məlumat yayıb.

Dövlət Gömrük Xidməti sədrinin müavini Vladislav Suvorovun sözlərinə görə, Avropa Komissiyasının qərarı Aİ-nin yekun qiymətləndirmə missiyasının nəticələrinə əsaslanır.

Birgə tranzit sisteminin beynəlxalq tətbiqi bu il dekabrın 1-dən başlaya bilər.

Vumart və Güvən reklamı Vumart Güvən