Rusiya Ukraynanın bu şəhərinə "İsgəndər" atdı
Rusiya ordusu “İsgəndər” tipli raketlə Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə zərbə endirib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib.
Onun sözlərinə görə, raket zərbələri nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb.
“Bu zərbə şəhərin mərkəzinə endirilib. Əvvəlcə bu, aviasiya bombasına bənzəsə də, mütəxəssislər bunun “İsgəndər” tipli raket olduğunu bildiriblər”, - deyə Pavel Kirilenko qeyd edib.
T.İSMAYIL












