Ukrayna ordusu Rusiyanın daha 250 hərbçisini, 35 tankını MƏHV ETDİ
Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 36 900 (+250) canlı qüvvəsi, 1 637 (+35) tankı, 3 811 (+14) zirehli döyüş maşını, 828 (+13) artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 107 havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 187 helikopteri, 669 (+2) dronu, 155 (+2) qanadlı raketi, 15 gəmi/kateri, 2685 (+20) avtomobil texnikası və yanacaq çəni və 66 xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Kramatorski istiqamətində verib.
T.İSMAYIL













