Ukrayna Prezident Ofisi Putinə cavab verdi "“2-3 həftəyə..."

 11:28 08.07.2022     354

Ukrayna Prezident Ofisi Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibə ilə bağlı fikirlərinə münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, ofis rəhbərinin müşaviri Oleksey Arestoviç “UKRLİFE” TV-yə müsahibəsində deyib ki, Rusiyanın qarşısıalınmaz hücumları artıq arxada qalıb.

O söyləyib ki, Rusiya müharibəni başlamayıb, ancaq artıq bitirir:

“2-3 həftəyə, uzağı ayyarıma Rusiyanın hücum cəhdləri ilə bağlı hay-küylər kəsiləcək”.

Qeyd edək ki, ötən gün V.Putin bildirib ki, Rusiya Ukraynada ciddi işə hələ başlamayıb.

Vumart və Güvən reklamı Vumart Güvən