Avropa İttifaqında COVID-19-un yeni dalğası başlayıb - Avropa Dərman Agentliyi
Avropa Dərman Agentliyi (EMA) Avropa İttifaqında COVID-19 epidemiyasının yeni dalğasının müşahidə olunduğunu bildirib.
Redaktor.az xəbər verir ki, EMA rəsmiləri yaşı 60-dan çox olanların və tibbi cəhətdən həssas insanların peyvəndin ikinci gücləndirici dozasını qəbul etmələrini tövsiyə ediblər.
Agentliyin peyvənd strategiyasına cavabdeh rəsmisi Marko Kavaleri bildirib ki, Aİ-nin bir çox ölkəsində omikron ştamının yüksək yoluxucu mutasiyaları ilə idarə olunan COVID-19-un yeni dalğası başlayıb. BA.4 və BA.5 variantlarının bütün qitədə dominant olmasının gözlənildiyini deyən M.Kavaleri bu variantların iyulun sonuna kimi bütün digər variantları əvəz edəcəyini qeyd edib.












