Rusiya BMT qətnaməsinə veto qoydu
Rusiya BMT-nin Təhlükəsizlik Şurasında Türkiyənin Cilvegözü Sərhəd Qapısından Suriyaya milyonlarla insana humanitar yardımın aparılmasına icazə verən mexanizmin uzadılmasına veto qoyub.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a istinadən xəbər verir.
15 üzvdən ibarət şurada 13 ölkə qərarı dəstəklədiyi halda, Rusiya qərara veto qoyub, Çin isə bitərəf qalıb.
Cilvegözü Sərhəd Qapısından Suriyaya humanitar yardımın aparılmasına icazə verən mexanizmin səlahiyyət müddəti iyulun 10-da başa çatır.
İrlandiya və Norveç tərəfindən hazırlanan sənəddə mexanizmin bir il - 2023-cü ilin iyul ayına qədər davam etdirilməsi nəzərdə tutulurdu.












