Rusiyanın Ukraynada bir gündə 300 hərbçisi MƏHV EDİLDİ

 11:26 09.07.2022     673

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 37 200 (+300) canlı qüvvəsi, 1 638 (+1) tankı, 3 815 (+4) zirehli döyüş maşını, 832 (+4) artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 108 (+1) havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 187 helikopteri, 674  (+5) dronu, 155 (+2) qanadlı raketi, 15 gəmi/kateri, 2687 (+2) avtomobil texnikası və yanacaq çəni və 66 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Kramatorski istiqamətində verib.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən