Zelenski müsəlmanları tatar dilində təbrik etdi - VİDEO

 14:38 09.07.2022     401

Ukrayna Prezidenti Volodimir Zelenski Qurban bayramı münasibətlə müsəlmanları təbrik edib.

Redaktor.az xəbər verir ki, dövlət başçısı feysbuk səhifəsində təbrik videosu paylaşıb.

“Bunu Krım-tatar xalqı xüsusi ilə gözləyir. Mən inanıram ki, bizim bir-birimizi azad Krımda təbrik edəcəyimiz il gələcək”, - Ukrayna lideri bildirib.

V.Zelenski müraciətini Krım tatarlarının türkcəsində tamamlayıb: “Qurban bayramınız xeyirli və mübarək olsun!”.

O, təbrikini Slave Ukraine (Yaşasın Ukrayna!) şüarı ilə bitirib.

Vumart və Güvən reklamı Vumart Güvən