"Ermənistan Gürcüstandakı səfirini geri çağırır” - KİV

 16:43 09.07.2022     348

Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan geri çağrılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

“Qraparak” qəzetinin mənbələrinə istinadən yaydığı məlumata əsasən, R.Sadoyanın yerinə 2015-2021-ci illərdə Ermənistanın Almaniyadakı səfiri olmuş Aşot Smbatyan təyin olunacaq.

Nəşrdə A.Smbatyanın aqremanının Gürcüstana artıq göndərildiyi bildirilib.

Qeyd edək ki, R.Sadoyan 2017-ci ilin oktyabrından Ermənistanın Gürcüstandakı səfiri vəzifəsində çalışır (report.az).

Vumart və Güvən reklamı Vumart Güvən