100 yaşlı sabiq prezident dünyasını dəyişdi

 20:06 09.07.2022     357

Meksikanın keçmiş prezidenti Luis Exeveriya vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Meksika lideri Andres Manuel Lopez Obrador "Twitter" səhifəsində məlumat yayıb.

Eks-prezident 100 yaşında dünyasını dəyişib. Exeveriya 1970-1976-cı illərdə Meksikaya rəhbərlik edib.

Keçmiş prezident ölkənin rəhbəri olmazdan əvvəl Meksikanın daxili işlər naziri vəzifəsini icra edib. O, 1968-ci il oktyabrın 2-də Mexiko şəhərinin Tlatelolko bölgəsində dinc nümayiş keçirən minlərlə tələbəyə atəş açmağı əmr etməkdə ittiham edilirdi.

Vumart və Güvən reklamı Vumart Güvən