Bəşər Əsəd 6 il sonra Hələbdə  GÖRÜNDÜ

 02:30 10.07.2022     319

Suriya prezidenti Bəşər Əsəd 2016-cı ildən sonra ilk dəfə Hələb şəhərinə səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Suriyanın "Sana" xəbər agentliyi məlumat yayıb.

O, şənbə günü Hələbdə müsəlmanların Qurban bayramını qeyd edib. Əsədin digər yüksək səviyyəli hökumət rəsmiləri ilə birlikdə İbn Abbas məscidində bayram namazı qıldığı bildirilib.

Əsədin tarixi bazarlara baş çəkdiyi və 200 meqavat elektrik enerjisi istehsal edəcəyi gözlənilən istilik elektrik stansiyasının açılışını etdiyi qeyd olunub.

Xatırladaq ki, Hələb 2016-cı ildə Rusiya döyüş təyyarələri və İranın dəstəklədiyi silahlı qrupların köməyi ilə şəhər Suriya ordusu tərəfindən geri alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən