Almaniya Ukraynaya yardım ayırılmasına mane olur

 23:59 10.07.2022     358

Almaniya Ukraynaya 9 milyard avroluq maliyyə yardımının ayrılmasına mane olur. Hərçənd, yardım barədə qərar hələ iyunun sonunda Aİ sammitində qəbul edilib.

Redaktor.az xəbər verir ki, maliyyə vəsaitinin ayrılması Almaniyanın maliyyə naziri Kristian Lindner təsdiqləmir. O, artıq pandemiya zamanında olduğu kimi, ümumi Avropa borcu vasitəsilə Ukraynaya yardım göstərilməsinin əleyhinədir.

Hazırda almaniyalı nazir yalnız 1 milyard məbləğində birinci tranşı təsdiqləyib. Həmin  vəsait iyulun sonuna qədər Ukraynaya ödənilməlidir.

Qeyd edək ki, Ukraynadan ayda 5 milyard dollar məbləğində yardımın göstərilməsinə ehtiyac olduğunu bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən