"Boris Conson Rusiya ərazilərinin vurulmasında iştirak edib"

 02:22 11.07.2022     425

"Britaniya hökumətinin başçısı vəzifəsindən istefa verdiyini elan edən Boris Consonun dinc Rusiya ərazilərinə zərbələr endirməsində iştirakı olub".

Redaktor.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, Belqorodun, Kurskın atəşə tutulmasının arxasında Boris Conson dayanır: "İngilislər bunu bilməlidir. O, son ukraynalıya qədər Rusiyaya qarşı müharibənin əsas ideoloqlarından biridir".

Volodin Consonu Ukrayna lideri Vladimir Zelenskinin yaxın dostu və himayədarı kimi xarakterizə edib: "Avropa dövlətlərinin rəhbərlərinin belə bir siyasətin nəyə gətirib çıxardığını düşünməlidirlər".

Vumart və Güvən reklamı Vumart Güvən