Gürcüstanda zəlzələ oldu

 09:20 11.07.2022     1132

Gürcüstanda 4,8 maqnitudalı zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:36-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonu yaxınlığında, Sameba kəndində olub.

Zəlzələ paytaxt Tbilisidə də hiss olunub. Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur. 

Vumart və Güvən reklamı Vumart Güvən