Ermənistanda zələzələ oldu

 09:53 11.07.2022     952

Ermənistanda səhər saatlarında zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, iyulun 11-də yerli vaxtla saat 07:36-da (GMT 03:36) Bavra kəndindən 14 kilometr şərqdə 4,4 bal gücündə zəlzələ baş verib.

Mənbə 10 km dərinlikdə yerləşib, yeraltı təkanın gücü 6 bal olub.

Zəlzələ Şirak və Lori bölgələrində 5 bal, Araqatsotn bölgəsində 4 bal, həmçinin İrəvanda 2-3 bal gücündə hiss olunub. 

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən