Ukraynada yaşayış binası vuruldu - çox sayda ölən və dağıntılar altında qalan var
Donetsk vilayətinin Çasavoy Yar şəhərindəki yaşayış binasına Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Fövqəladə Hallar Xidmətinin Donestk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
“İyulun 11-i saat 08:45-ə olan məlumata görə, beşmərtəbəli yaşayış binasına raket zərbəsi endirilməsi nəticəsində 18 nəfər həlak olub, 6 nəfər dağıntılar altından çıxarılıb, evin 137 tona yaxın dağılmış elementləri təmizlənib və sökülüb. Tıxanma altında olan iki nəfərlə səsli əlaqə yaradılıb. İşlər davam edir”, - məlumatda deyilir.
İlkin məlumata görə, dağıntılar altında 20-dən çox adam qaldığı ehtimal edilir ki, onlardan biri 9 yaşlı oğlan uşağıdır.
Nərmin Vüqarqızı












