Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - SİYAHI

 10:39 11.07.2022     445

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 37 400 (+100) canlı qüvvəsi, 1 645 (+4) tankı, 3 828 (+5) zirehli döyüş maşını, 838 (+4) artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 (+1) havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 188 helikopteri, 676 dronu, 155 qanadlı raketi, 15 gəmi/kateri, 2696 (+2) avtomobil texnikası və yanacaq çəni və 66 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Avdivka istiqamətində verib.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən