Rusiyanın 11 hava limanına uçuşların dayandırılması bu tarixədək uzadıldı

 10:49 11.07.2022     490

Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların dayandırılması iyulun 18-dək uzadılıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

“Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların dayandırılması 2022-ci il iyulun 18-dək uzadılıb”, - aviasiya nəzarəti qurumunun bəyanatında deyilir.

Rusiya aviasiya nəzarəti orqanının qeyd etdiyi kimi, dayandırılan hava limanlarının siyahısına Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista daxildir.

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada keçirilən "xüsusi hərbi əməliyyat"dan sonra bəzi cənub və mərkəzi bölgələrində hava məkanını bağlayıb.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən