Türkiyə NATO-dan çıxır?
Türkiyənin solçu təmayüllü Vatan Partiyası NATO-dan çıxmaq üçün ölkə daxilində başlatdığı genişmiqyaslı kampaniya çərçivəsində ölkənin böyük şəhərlərində, yüzdən çox vilayət və rayonda minlərlə imza toplayıb.
Redaktor.az bu barədə “Aydınlık” qəzetinə istinadən xəbər verir.
Qəzet partiyanın katibi Özgür Bursalıdan sitat gətirib: "Türk xalqı NATO-ya qarşı üsyan edir! Müraciətlərimiz qısa müddətdə külək kimi 100-dən çox əyalət və rayona səpələnib, minlərlə imza toplanıb və vətəndaşlarımız tərəfindən dəstəklənib".
Partiyanın baş katibi Doğu Perinçək bir müddət əvvəl bildirib ki, “Vətən” partiyası Türkiyə hökumətinə NATO-dan çıxmağı təklif etmək niyyətindədir, alyansa qarşı siyasət ölkənin iqtisadi gələcəyi üçün vacibdir.
“Vətən” Türkiyə Böyük Millət Məclisində (parlamentində) təmsil olunmur, Türkiyənin Avrasiya məkanı ilə sıx əməkdaşlığını fəal şəkildə müdafiə edir, Ankaranı Krımın Rusiyaya birləşdirilməsini tanımağa çağırır.
Nərmin Vüqarqızı












