Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

 16:25 11.07.2022     409

Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Paşinyanla Ərdoğan Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər.

Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə, Ərdoğan isə öz növbəsində Paşinyanı Vardavar bayramı ilə əlaqədar təbrik ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən