Ərdoğan Putinlə Ukraynanı müzakirə etdi

 17:07 11.07.2022     387

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonda danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iki ölkənin liderləri regional məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasında davam edən müharibə barədə müzakirə aparıblar.

Ərdoğan Putinlə Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılması barədə də fikir mübadiləsi aparıblar.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən