Ukraynanın məşhur aktyoru vəfat etdi - FOTO
İyulun 11-də Ukraynanın məşhur aktyoru, Xalq artisti Yuri Majuqa 91 yaşında vəfat edib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, onun ölümünün səbəbi hələlik məlum deyil.
"Aktyor ömrünün təxminən 70 ilini Lesya Ukrainka Teatrına verib, burada Kiyev üçün əfsanəvi tamaşaların əksəriyyətində 90-dan çox parlaq, unudulmaz rollar oynayıb. Biz inanırıq ki, aktyorlar ölmür, onlar öz doğma teatrının divarları arasında, tamaşaçıların qəlbində və həmkarlarının və tələbələrinin yaddaşında yaşamağa davam edirlər”, - Karpenko-Karo Kiyev Milli Universitetinin mətbuat xidməti xəbər verir.
Qeyd edək ki, Yuri Mazuqa demək olar ki, bütün həyatını teatra həsr edib. O, həm faciəvi, həm də komediya rollarını oynayıb. İstənilən rolda o, tamaşaçılarda güclü emosiyalar oyadırdı.
1956-cı ildən filmlərdə rol almağa başlayıb. Ən məşhur əsərləri "Dikanka yaxınlığındakı fermada axşam", "Kazaklar gəlir", "Müqəddəs ailə" idi.
T.İSMAYIL













