Ərdoğan Putinlə yaxın zamanlarda görüşəcək

 22:41 11.07.2022     346

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşü yaxın vaxta planlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Yaxın vaxtlarda görüşü planlaşdırılan Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan danışıqlardan əvvəl telefon söhbəti çərçivəsində iqtisadi əməkdaşlığın intensivləşdirilməsini müzakirə ediblər”, - deyə Kremlin saytında məlumat verilib.

Liderlər arasındakı görüşün dəqiq tarixi hələ ki, açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən