Yaponiya daha çox ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulmasını istəyir
Yaponiya hökuməti Rusiya Federasiyasına qarşı sanksiyalar məsələsində G20 çərçivəsində dövlətlərlə qarşılıqlı əlaqə qurmağı planlaşdırır.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi mətbuat konfransında bildirib.
"Sanksiyaların (Rusiyaya qarşı - red.) effektivliyini genişləndirmək üçün Yaponiya dünya birliyi ilə, ilk növbədə, G7 ölkələri ilə birlikdə lazımi tədbirlərin işlənib hazırlanmasını davam etdirmək niyyətindədir. Biz G20 formatı çərçivəsində indi bitərəf olan ölkələri həvəsləndirməyə çalışmaq niyyətindəyik ki, Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etsinlər", - nazir deyib.
Qeyd edək ki, rəsmi Tokio daha əvvəl Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir neçə sanksiya paketi təqdim edib.
Nərmin Vüqarqızı












