ABŞ-dan Ukraynaya növbəti yardım

 11:51 12.07.2022     395

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya 1,7 milyard dollar qrant yardımı göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal tviter səhifəsində məlumat yayıb.

"Ukrayna büdcəsinə Dünya Bankının Etimad Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 1,7 milyard dollar qrant yardımı alınıb. Bu, ABŞ-ın son iki həftədə ikinci qrantıdır, qrantın ümumi məbləği 3 milyard dollar təşkil edib",- deyə o, bildirib.

Şmıqal ABŞ və prezident Co Baydenə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən