Mirzoyan bu vəzifəyə “öz adamını” təyin etmək istəyir – KİV
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan nazirliyin baş katibini dəyişmək istəyir.
Redaktor.az bu barədə “Hraparak” qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Mirzoyan Xarici İşlər Nazirliyinin hazırkı baş katibi Boris Saakyanı tutduğu vəzifədən azad etmək niyyətindədir.
Qeyd edilib ki, Mirzoyan açıq müsabiqə yolu ilə Sankt-Peterburqa konsul göndərməyi planlaşdırdığı baldızını işə götürüb.
Nərmin Vüqarqızı












