Boris Consonla bağlı etimad səsverməsi keçiriləcək

 12:35 12.07.2022     251

Böyük Britaniya müxalifəti keçmiş Baş nazir Boris Consonla bağlı etimad səsverməsi keçirmək niyyətindədir.

Redaktor.az “Röyters”ə istinadən xəbər verir ki, səsvermə sabah keçirilə bilər.

Qeyd edək ki, keçən həftə Leyboristlər partiyasının lideri Keir Starmer bildirmişdi ki, Concon Mühafizəkarlar Partiyasının yeni rəhbərinin seçilməsini gözləmədən, dərhal istefa verməsə, səsvermə tələb edəcək.

Xatırladaq ki, Conson iyulun 7-də istefa vermişdi. Yeni Baş nazir seçilənədək o, bu vəzifəni icra edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən