Putin İranda Ərdoğanla danışıqlar aparacaq
Rusiya prezidenti Vladimir Putin iyulun 19-da Tehrana səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, Putin İranın paytaxtında İran və Türkiyə prezidentləri - İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan ilə üçtərəfli sammitdə iştirak edəcək, həmçinin ikitərəfli görüşlər keçirəcək.
"Bəli, biz bunu təsdiqləyə bilərik. Doğrudan da, prezidentin Tehrana səfəri hazırlanır. Orada Astana prosesinin qarantı olan dövlət başçılarının görüşü baş tutacaq. Bildiyiniz kimi, bu, Suriya nizamlanmasına yardım edən bir prosesdir ",- deyə Puskov əlavə edib.
O qeyd edib ki, İranda Rusiya Federasiyasının prezidenti üçün həm ikitərəfli, həm də üçtərəfli təmaslar planlaşdırılır.
"Üçtərəfli görüşdən əlavə, təbii ki, ikitərəfli görüş də olacaq. Dünən biz Putin və Ərdoğan arasında gözlənilən yüksək səviyyəli təmaslar barədə məlumat vermişdik. Bu görüş də orada baş tutacaq", - deyə Rusiya prezidentinin mətbuat katibi məlumat verib.
Peskov qeyd edib ki, Putinin Ərdoğanla görüşü də iyulun 19-na planlaşdırılıb.
Xatırladaq ki, danışıqların Türkiyədə baş tutacağı qeyd edilib.
Nərmin Vüqarqızı












