Rusların raketlə vurduğu binanın altından 35 nəfərin meyiti çıxarıldı

 14:23 12.07.2022     729

Ukraynanın Donetsk vilayətinin Çasavoy Yar şəhərindəki yaşayış binasına Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 35-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Fövqəladə Hallar Xidmətinin Donetks vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

“Saat 11:00-a olan məlumata görə, Baş İdarənin əməkdaşları Çasov Yar şəhərində mərmi atəşi nəticəsində dağılmış 5 mərtəbəli yaşayış binasının dağıntıları altından 1-i uşaq (təxminən 9 yaşlı oğlan) olmaqla 35 nəfərin meyitini müəyyənləşdirərək çıxarıblar. Xilas edilən 9 nəfər dağıntılar altında qalıb, evin 320 tondan çox dağılmış elementi təmizlənərək sökülüb, işlər davam etdirilir”, - məlumatda bildirilir.

Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib ki, səhər saatlarına kimi xilasedicilər dağıntıların təxminən 70%-ni təmizləyiblər. O, xilasetmə əməliyyatının davam etdiyini bildirib.

Qeyd edək ki, iyulun 9-da axşam saatlarında Donetsk vilayətinin Baxmut rayonunun Çasavoy Yar şəhəri ruslar tərəfindən atəşə tutulub. Raketlər 5-ci mərtəbəyə düşüb və binanın iki girişi tamamilə dağılıb.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən