Ukraynalılar rusların hərbi bazasını vurdu - 1 general, 2 polkovnik, 1 mayor MƏHV EDİLDİ - FOTO
Ukraynalı müdafiəçilər Xerson vilayətində işğal olunmuş Novaya Kaxovkada Rusiyanın silah-sursat anbarını məhv ediblər.
Redaktor.az "dsnews.ua"ya istinadla xəbər verir ki, bunu Odessa vilayət hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk bildirib.
Onun sözlərinə görə, Xerson vilayətindəki rus işğalçılarının qərargahına HIMARS qurğusundan raket hücumu edilib.
"Bunun nəticəsində Rusiya Silahlı Qüvvələrinin 22-ci Ordu Korpusunun qərargah rəisi (73954 saylı hərbi hissə) general-mayor Nasbulin öldürülüb" - Bratçuk bildirib.
O, qeyd edib ki, ümumilikdə hərbi bazada 150 rusiyalı hərbçi ölüb ki, onlardan 5- zabitdir.
Bundan əlavə, onun məlumatlarına görə, Xerson, Luqansk və Zaporojya vilayətlərində işğalçıların silah-sursat anbarları partladılıb.
Strateji Rabitə İdarəsinin məlumatına görə, Silahlı Qüvvələrin endirdiyi zərbələr nəticəsində Rusiya Silahlı Qüvvələrinin 20-ci Qvardiya motoatıcı diviziyasının komandirinin müavini, polkovnik Sergey Kens, 106-cı diviziyanın arxa cəbhə komandirinin müavini, polkovnik Serxii. Kuzminov və qərargah rəisi, 16-cı piyada diviziyasının komandir müavini Dmitri Semenov də öldürülüb.
T.İSMAYIL













