"Pedofil Peter" - Baydenin oğlunun telefonuna haker hücumu
ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenə aid olduğu iddia edilən telefonla bağlı məlumatlar şəbəkəyə sızıb.
Redaktor.az xəbər verir ki, 4chan.org saytına anonim mənbədən daxil olan məlumatda bildirilir ki, Baydenin oğlunun "iCloud" hesabının parolunu sındırmağa nail olublar və onun "iPhone" və "iPad" cihazlarından bütün məlumatları ələ keçiriblər. Məlumatların bir qismi artıq internetdə yerləşdirilib.
Hunter Baydenin mobil cihazlarından ələ keçirilən məlumatlarda prezidentin oğlunun narkotik vasitələrdən istifadə, qeyri-qanuni pul köçürmələri, qanunsuz silah alveri əməliyyatlarında iştirak etməsi barədə sənədlər və azyaşlı qızlarla intim fotoları əksini tapıb.
Hunter Baydenin atasının nömrəsini telefonuna “Pedofil Piter” adı altında qyed etdiyi də iddia olunur.
Qeyd edək ki, ABŞ prezidentinin və onun ailə üzvlərinin təhlükəsizliyini təmin edən Gizli Xidmət iyulun 11-də Hunter Baydenin "iCloud" hesabının parolunun sındırılmasını bəuyan edib.
Xidmətin sözçüsü Anthony Guglielmi mətbuata açıqlamasında deyilir ki, hazırda bu istiqamətdə atılacaq istintaq addımlarına açıq şəkildə şərh verə bilmir:
"Amma sizi əmin edə bilərəm ki, Gizli Xidmət digər federal hüquq-mühafizə partnyorları sosial mediada yayılan xəbərlərdən və cənab Baydenə istinad edilən iddialardan xəbərdardırlar”.
Qeyd edək ki, ABŞ-ın hazırkı prezidentinin oğlu üçün belə qalmaqallar yeni deyil.
"Daily Mail" nəşri yazır ki, bu dəfə Hunter fahişələrin şəxsi ziyarətlərini təşkil etməkdə ittiham oluna bilər.
Çünki bu "cinsi xarakterli hər hansı bir hərəkət" olduğu üçün insanların dövlət sərhədləri boyunca daşınmasını qadağan edən Mann Aktı adlanan qanunun pozulmasıdır. Məlumata görə, Hunterin noutbukunda Bostondan Nyu-Yorka gedən üç fahişə üçün elektron qatar biletinin alınmasına dair sübut tapılıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Amerika liderinin oğlu 5 ay ərzində müşayiət xidmətlərinə 30 min dollar xərcləyib. Xüsusilə, JP Morgan Chase özünün Şübhəli Fəaliyyət Hesabatında (SAR) Ukrayna vətəndaşı Ekaterina Moreva ilə bağlı əməliyyatları “şübhəli” adlandırıb. Morevanın fahişələrlə şəxsi görüşlər təşkil etdiyi üçün Hunter Baydenin şirkətindən on minlərlə dollar aldığı dəqiqləşib.
Moreva ilə yazışmalarda “modellər”lə intim tanışlıq təklif edən saytın adı hallanır. Bundan əlavə, Hunter Bayden Morevaya zəng edən qızlara pul ödənildiyini təsdiq edən qəbzlərin fotoşəkillərini göndərib.
ABŞ prezidentinin oğlu həm də “tibbi xidmət göstərmək” üçün çek verməkdə şübhəli bilinir.
JP Morgan Chase-in hesabatında xüsusilə qeyd olunur ki, Floridadan olan "tələbə" Anna Dextyar 2018-ci ilin noyabrından 2019-cu ilin martına qədər "aydın, qanuni iqtisadi məqsəd olmadan" demək olar ki, 275 min dollar alıb.
Bundan əvvəl "New York Post" əlindı silah olan Hunter Baydenin çılpaq bir fahişə iləgörüntülərini dərc edib.
Onu da xatırladaq ki, Hunter Bayden hazırda vergi araşdırmasının obyektidir. Söhbət amerikalı siyasətçinin oğlunun Ukraynanın “Burisma” qaz şirkətindən aldığı puldan gedir.
Konqresmen Darrell İssanın sözlərinə görə, Konqres hazırda Hunter Baydenin noutbukunun məzmununu araşdırır. İssa bildirib ki, işin "böyük oğlana" qədər izlənməsi lazımdır.
Onun sözlərinə görə, bunun üçün çox güman ki, ABŞ baş prokurorunun iştirakı tələb olunacaq.












