Rusiyanın Ermənistandakı hərbi bazasında yanğın oldu

 18:54 12.07.2022     456

Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasının ərazisində yanğın baş verib.

Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ərazidə tikinti materialları anbarı yanıb.

Fövqəladə Hallar Nazirliyinin rayon xilasetmə hissəsinin yanğından mühafizə və xilasetmə dəstəsinin 2 nəfər canlı qüvvəsi hadisə yerinə yola düşüb.

Yanğının ikinci səviyyəsi elan edilib. Əraziyə yanğınsöndürmə və xilasetmə briqadasının daha iki döyüş heyəti yola düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən